az
en
Bu gün: 04 Dekabr 2020
Qafqazın incisi – Şuşa şəhəri işğaldan azad edilib
Müzəffər Azərbaycan Ordusu döyüş meydanında yeni qələbələr qazanır. Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev xalqa müraciətində bildirib ki, Azərbaycan Ordusu Şuşa şəhərini işğaldan azad edib. Xalqımızı təbrik edir, Ordumuza yeni qələbələr arzu edirik! Qeyd edək ki, Milli Azərbaycan Tarixi Muzeyinin Silahlar və bayraqlar fondunda Şuşa qalasının gümüş açarı saxlanılır. Açarlar çar Rusiyasının Şuşanı işğalı zamanı qənimət kimi götürülmüş, müxtəlif yollarla Azərbaycandan çıxarılmış və 1888-ci ildə Tiflisdə açılan Qafqaz Hərbi Tarix Muzeyinə verilmişdi. 1924-cü ildə dövlətçilik atributu sayılan bir neçə xanlığın bayraqları, Gəncə xanı Cavad xanın buncuğu, Qarabağ xanı İbrahimxəlil xanın şeşpəri və şəhər-qalaların açarları Muzeyimizə təhvil verilmişdir. Şuşa qalasının açarları gümüşdən hazırlanmış, qızılı, gümüşü saplarla toxunmuş qotazlarla süslənmişdir. Şuşa qalasının Muzeydə qorunan açarları Şuşa şəhərinin tarixinin tədqiqi və təbliği baxımından əhəmiyyətlidir.
Elanlar