az
en
Bu gün: 04 Dekabr 2020
Muzeyin Hadrut dəfinəsi
Milli Azərbaycan Tarixi Muzeyinin Numizmatika fondunda 1939-cu ildə Xocavənd rayonunun Hadrut qəsəbəsində tapılmış gümüş sikkələr dəfinəsi saxlanılır. Dəfinədə 64 ədəd sikkə mövcuddur. Bu sikkələrin numizmatik təyinatı nəticəsində Azərbaycan xanlıqları (1185 -1205 = 1771 – 1790-ci illərin Şamaxı, 1189 - 1206 = 1775 – 1791-ci illərin Gəncə və 1209 = 1794-cü ilin Pənahabad) dövrünə aid gümüş abbasılardan ibarət olduğu müəyyən edilmişdir. Muzeydə qorunan Hadrut dəfinəsi Azərbaycan xanlıqlarının pul təsərrüfatını açıqlayır.
Elanlar