az
en
Bu gün: 04 Dekabr 2020
12 noyabr - Azərbaycan Respublikasının Konstitusiya Günüdür
12 noyabr Azərbaycan Respublikasının Konstitusiya Günü kimi qeyd olunur. Müstəqil Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsindən 25 il keçir. Konstitusiyanın qəbulu müstəqillik tariximizin ən əhəmiyyətli hadisələrindən biri olub, eyni zamanda Ulu öndər Heydər Əliyevin Azərbaycan dövlətçiliyi qarşısındakı böyük xidmətlərindən biridir. Müstəqil Azərbaycan Respublikasının Konstitusiyası ölkəmizdə demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu prosesinə hüquqi baza yaradıb və onun inkişafına güclü təkan verib. Qeyd edək ki, 1918-1920-ci illərdə 23 ay mövcud olmuş Azərbaycan Cümhuriyyəti dövlətin Əsas Qanununu qəbul edə bilməmişdi. Beləliklə, Azərbaycan Respublikasının Konstitusiya quruluşunun tarixi əsasən SSRİ-nin tərkibində olduğu dövrə düşür və SSRİ Konstitusiyasına uyğunlaşdırılmış şəkildə idi. Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə hazırlanan ilk Konstitusiya 1995-ci il noyabrın 12-də keçirilmiş referendum yolu ilə qəbul edilib.
Elanlar