az
en
Bu gün: 04 Dekabr 2020
Muzey əməkdaşları beynəlxalq konqresdə iştirak ediblər
Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşları 11-13 noyabr tarixlərində Türkiyənin Aydın şəhərində onlayn keçirilmiş XIV Beynəlxalq Türk Sənəti, Tarixi və Folkloru Konqresində çıxış ediblər. Dos. H.Əliyeva “Şirvan memarlıq məktəbinin yadigarı – Tuba Şahi məscidi”, dos. T.Şiriyev – “Azərbaycanda orta əsrlərdə təziyə mərasimlərində məqtəl əsərlərin rolu”, t.ü.f.d. Ə.Fərhadov – “XIX əsrin sonu – XX əsrin əvvəllərində Qafqaz mətbuatında türk (Azərbaycan) və erməni mədəni əlaqələri haqqında”, F.Qəniyeva – “Müasir dövrdə müsafirpərvərlik fenomeninin etnoloji və mədəni aspektləri”, N.Qarayeva “Filmlərdə unudulmuş xalq oyunları” adlı məruzələrlə tədbirdə iştirak ediblər. Beynəlxalq konqresin məruzələri nəşr ediləcək.
Elanlar