az
en
Bu gün: 28 Yanvar 2021
Tarixçi alimin erməni ekstremizminə dair silsilə məqalələri dərc olunub
AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyinin elmi katibi, t.ü.f.d. Fərhad Cabbarovun 1news.az saytında “Ermənilər və Rusiya imperiyası: bir xəyanətin tarixi” başlığı altında silsilə məqalələri dərc olunub. Məqalələrdə XIX əsrin sonu - XX əsrin əvvəllərində Cənubi Qafqazda erməni ekstremizminin kəskinləşməsi, bu prosesdə erməni Qriqoryan kilsəsinin rolu, Rusiya imperiyası ilə ermənilər arasında kilsə və məktəb idarəçiliyi məsələsi ətrafında ziddiyyətlər öz əksini tapıb. Arxiv sənədlərinə və digər mənbələrə əsaslanan müəllif göstərir ki, Qafqazda erməni terrorunun ilk qurbanları məhz erməni separatizminə qarşı mübarizə aparan Rusiya imperiyasının məmurları olub. Məqalələrin məzmunu ilə linklərə keçməklə (birinci, ikinci, üçüncü, dördüncü, beşinci yazı) tanış ola bilərsiniz.
Elanlar