az
en
Bu gün: 28 Yanvar 2021
Muzey əməkdaşları beynəlxalq simpoziumda çıxış ediblər
Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşları - direktor müavini, dosent Həbibə Əliyeva, t.ü.f.d. Əli Fərhadov, baş mütəxəssis Aynur Babayeva Türkiyənin Konya şəhərində keçirilmiş beynəlxalq simpoziumda onlayn formatda çıxış ediblər. 14-cü Beynəlxalq Türk Mədəniyyəti, Sənəti və Mədəni Mirası Qoruma Simpoziumunda dos. H.Əliyeva "Türk-islam mədəniyyətini təcəssüm etdirən Şahxəndan türbəsi", Ə.Fərhadov "Azərbaycanda islam: əl-Bakuvi nümunəsi", A.Babayeva "Azərbaycan muzeylərinin beynəlxalq münasibətlərinin inkişafında ICOM Azərbaycan Milli Komitəsinin rolu və əhəmiyyəti" adlı məruzələrlə çıxış ediblər. Simpozium iştirakçılarına məruzə türk, ingilis dilində də təqdim olunub. Simpoziumun materialları toplusu nəşr ediləcək.
Elanlar