az
en
Bu gün: 20 Avqust 2017
“Muzeylərin müasir durumu və inkişaf perspektivləri”

 

AMEA Milli Azərbaycan Tarixi Muzeyi son zamanlar yerli və beynəlxalq muzeylərin müasir vəziyyəti və inkişaf perspektivləri, mədəni irsin qorunmasında muzeylərin fəaliyyəti, informasiya texnologiyalarının geniş şəkildə tətbiqi, muzeylərdə tədris məsələsi sahəsində əldə edilən nailiyyətləri əhatə edən seminar, simpozium və konfranslar keçirir.

 

2011-ci ilin 28 iyun-2 iyul tarixlərində Milli Azərbaycan Tarixi Muzeyində muzeylərin müasir durumu və inkişaf perspektivlərinə həsr olunmuş Beynəlxalq elmi konfrans keçiriləcək.

            Konfrans çərçivəsində aşağıdakı mövzuların müzakirəsi nəzərdə tutulub:

•         Mədəni İrsin qorunmasında muzeylər;

•         Müasir muzeylərdə konservasiya və bərpa məsələləri;

•         Muzeylər və mədəni turizm;

•         Tarix və mədəniyyətin tədrisi və təbliğində müasir muzeylərin rolu;

•         Muzeylərdə informasiya texnologiyalarının tətbiqi;

•         Muzey menecmentinin problemləri.

Konfransda iştirak etmək üçün tezislər və anket 2011-ci il aprelin 15-dək farizkhalilli@yahoo.com və r_ibrahimov@yahoo.com e-mail ünvanlarına göndərilməlidir.

            Tezislərin qəbul edilməsi haqında məlumat 2011-ci il aprelin 25-də elan olunacaq.

Konfransda iştirak etmək üçün dəvətlər 2011-ci il mayın 1-dək göndəriləcək. Dəvət olunan iştirakçılar öz iştiraklarını 2011-ci il mayın 15-dək təsdiq etməlidirlər.

Konfransdan əvvəl nəşr ediləcəyi üçün 2011-ci il iyun ayının 1-dək məruzələr göndərilməlidir.

            Xarici ölkələrdən gələn iştirakçıların Bakıda qalma və yemək xərclərini təşkilatçı tərəf öz üzərinə götürür. Bakıya gəlmə və getmə xərcləri iştirakçıların öz hesabınadır.

            Tezis və məruzələrin tərtibatına dair tələblər:

1. Tezis və məruzənin əvvəlində müəllifin soyadı, adı, elmi dərəcəsi (əgər varsa), iş yeri və vəzifəsi (əgər varsa), əlaqə telefonları, elektron poçtunun ünvanı göstərilməlidir.

2. Tezis və məruzələr ciddi redaktə olunduqdan sonra Təşkilat komitəsinə göndərilməlidir.

3. Tezis və məruzələr Azərbaycan, ingilis və rus dillərində təqdim oluna bilər.

Tezis və məruzələrin mətninin tərtibatına dair tələblər:

1. Mətnin həcmi – tezis üçün 1 səhifə, məruzə üçün 10 səhifəyədək.

2. Şrift – Times New Roman, 14, sətirlərarası interval – 1,5.

3. İstinadlar – hər səhifənin sonunda. Şrift – Times New Roman, 12, sətirlərarası interval – 1.

4. Müəllifin adı və soyadı, tezis və məruzənin adı kursivlə (İtalic) göstərilməlidir.

            Təşkilat komitəsi məruzələrin seçilməsi, mətndə düzəlişlərin edilməsi (ümumi məzmununu dəyişmədən), məruzələrin geri qaytarılması hüququnu özündə saxlayır.

            Konfransda çıxış vaxtı – 10-15 dəqiqə.

            Çıxışlar Azərbaycan, ingilis və rus dillərində ola bilər (tərcümə təmin olunur).

            Təşkilat komitəsinin koordinatları:

Azərbaycan Respublikası, Bakı, 1005,

H.Z.Tağıyev küçəsi, 4,

Milli Azərbaycan Tarixi Muzeyi.

Telefon:         (+99412) 5981742

Mobil:            (+99450) 667 23 90

(+99455) 686 82 04

Faks:              (+99412) 5985211

E-mail:           farizkhalilli@yahoo.com

r_ibrahimov@yahoo.com

Web-sayt:      www.azhistorymuseum.gov.az

Əlaqələndirici şəxslər:                     Fariz Xəlilli

                                                                       Rəşad İbrahimov

Elanlar