az
en
Bu gün: 13 Noyabr 2019
UNESCO-nun Hökumətlərarası Komitəsinin növbəti sessiyası Azərbaycanda keçiriləcəkdir

Dekabrın 3-7-də Parisdə UNESCO-nun Qeyri-maddi mədəni irsin qorunması üzrə Hökumətlərarası Komitəsinin 7-ci sessiyası keçirilmişdir. Toplantıda Azərbaycan tar ifaçılıq sənəti UNESCO-nun Bəşəriyyətin qeyri-maddi mədəni irs üzrə Reprezentiv siyahısına daxil edilmişdir. Dekabrın 7-də Hökumətlərarası Komitənin 7-ci sessiyasının işinə yekun vurulmuşdur.

 

 Yekun yığıncağında qeyri-maddi mədəni irsin qorunması üzrə Hökumətlərarası Komitənin növbəti sessiyasının 2013-cü ilin dekabr ayında Azərbaycanda keçirilməsi və həmin vaxt 2003-cü ildə UNESCO tərəfindən qəbul edilmiş qeyri-maddi mədəni irsin qorunmasına dair Konvensiyanın 10 illiyinin təntənəli şəkildə qeyd olunması qərara alınmışdır.

AzərTAc

Elanlar