az
en
Bu gün: 17 Noyabr 2019
Xaçmazda tarix-diyarşünaslıq muzeyi üçün yeni binanın inşasına başlanılmışdır

Xaçmazda tarix-diyarşünaslıq muzeyi üçün yeni binanın inşasına başlanılmışdır. Muzeyin direktoru Aqil Əlisultanov AzərTAc-a bildirmişdir ki, üçmərtəbəli bina şəhərin mərkəzində yerləşən Şəxsiyyətlər Parkının ərazisində inşa edilir. Ümumi sahəsi 3200 kvadratmetr olan binanın birinci mərtəbəsinin tikintisi başa çatmışdır. Milli üslubda inşa olunan muzeyin

2013-cü ilin oktyabrında istifadəyə verilməsi nəzərdə tutulmuşdur. İki filial və yeddi şöbədə fəaliyyət göstərən muzeyin 1930-cu ildə tikilən binası artıq istismar müddətini başa vurmuşdur. Ümumilikdə 4500-ə yaxın eksponatın nümayiş olunduğu bu muzeyi hər il orta hesabla 5 mindən artıq tamaşaçı ziyarət edir.

 

 

AzərTAc

Elanlar