az
en
Bu gün: 19 Sentyabr 2019
Bakıda “Venesiya maskalarının sirləri” adlı sərgi açılmışdır

Dekabrın 19-da Muzey Mərkəzində Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə “Venesiya maskalarının sirləri” adlı sərgi açılmışdır. Sərginin ideya müəllifi və layihənin əlaqələndiricisi Muzey Mərkəzinin direktoru L.Vəzirovadır. Mədəniyyət və turizm nazirinin müavini Ə.Vəliyev açılış mərasimində çıxış edərək son illər ölkəmizdə keçirilən mühüm mədəniyyət tədbirlərindən söz açmışdır. Xüsusi olaraq bu sərgi üçün rəssamlar Venesiyaya həsr olunmuş yeni əsərlər yaratmışlar. Mərasimdə çıxış edənlər sərginin əhəmiyyətindən danışmış və diqqətə çatdırmışlar ki, burada ümumilikdə 65 müəllifin 95 işi nümayiş olunur.

 

Vernisajda Venesiya maskaları da xüsusi bir yer tutmuşdur. Köhnə ənənələrə uyğun olaraq Venesiya maskaları əl ilə hazırlanır və incəsənətin bir növü hesab edilir. Tədbirdə məşhur modelyer Nadiya Taziyeva Venesiya maskaları ilə bəzənən yeni kostyum kolleksiyası ilə hamını heyrətləndirmişdir. Sərgidə, həmçinin İtaliyanın bu ecazkar şəhəri, Venesiya maskaları və karnavalının tarixi haqqında filmlər nümayiş olunmuşdur. Dekabrın 25-dək davam edəcək sərgidə istənilən şəxs Venesiya maskaları və digər yaradıcılıq nümunələri ilə yaxından tanış ola biləcəkdir.

AzərTAc 

Elanlar