az
en
Bu gün: 17 Noyabr 2019
“Alban tarixi gənclərin gözü ilə” mövzusunda sərgi açılmışdır

“Bakı Gənclər Klubu” İctimai Birliyi Gənclər və İdman Nazirliyinin dəstəyi ilə həyata keçirdiyi “Tariximizi öyrənək, irsimizi qoruyaq!” layihəsi çərçivəsində “Alban tarixi gənclərin gözü ilə” mövzusunda sərgi təşkil etmişdir. Nazirliyin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, gənclər və idman nazirinin müavini İntiqam Babayev sərginin açılış mərasimində çıxış edərək layihənin və sərginin Azərbaycan həqiqətlərinin beynəlxalq aləmdə təbliğində əhəmiyyətini vurğulamışdır.

Nazir müavini belə layihələrin davamlılığının təmin olunmasının və daha geniş miqyasda həyata keçirilməsinin vacibliyini diqqətə çatdırmışdır. Bildirilmişdir ki, layihə çərçivəsində bir qrup gənc Azərbaycan Respublikasının şimal-qərb bölgəsində Qafqaz Albaniyasının abidələri, tarixi və mədəniyyəti ilə yaxından tanış olmuşlar. Layihə iştirakçıları tərəfindən alban tarixi abidələri haqqında qısa məlumatların əks olunduğu kitabça da hazırlanmışdır. Qeyd olunmuşdur ki, sərgidə layihə çərçivəsində əldə edilmiş alban məbədlərinin, keşikçi qüllələrinin və digər abidələrin fotoları nümayiş etdirilir. Rəsmi hissədən sonra sərginin açılışı olmuşdur.  Sərgi üç gün davam edəcəkdir.

 

AzərTAc

Elanlar