az
en
Bu gün: 18 Sentyabr 2019
Qubada XIX əsrə aid tarixi memarlıq abidəsi olan “Tağlı körpü”nün əsaslı təmirinə başlanılmışdır

Qubada XIX əsrə aid tarixi memarlıq abidələrindən olan “Tağlı körpü”nün əsaslı təmirinə başlanılmışdır. 1894-cü ildə Qudyalçay üzərində tikilmiş körpü Quba şəhərinin mərkəzi ilə Qırmızı qəsəbəni birləşdirir. O, zamanın ən dözümlü yol qovşağı olmuş körpüdən müasir dövrdə ağır tonnajlı yük maşınlarının keçməsi tarixi abidəni qəzalı vəziyyətə salmış və artıq 20 ilə yaxındır ki, buradan

avtomobillərin hərəkətinə qadağa qoyulmuşdur. Nadir memarlıq incisi sayılan və Şərq üslubunda tikilmiş “Tağlı körpü” tarixi görünüşü saxlanılmaqla bərpa ediləcəkdir. XIX əsrdə Quba qəzasında 7 körpü olmuş, lakin onlardan yalnız “Tağlı körpü” adlanan tikili günümüzə qədər qorunub saxlanılmışdır.

 

Elanlar