az
en
Bu gün: 18 Sentyabr 2019
Xalça muzeyinin yeni binasının Novruz bayramı ərəfəsində istifadəyə veriləcəyi gözlənilir

Dənizkənarı Milli Parkda Lətif Kərimov adına Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyi üçün inşa olunan yeni binanın Novruz bayramı ərəfəsində istifadəyə verilməsi nəzərdə tutulur. Heydər Əliyev Fondunun, Mədəniyyət və Turizm Nazirliyinin və UNESCO-nun birgə layihəsi əsasında inşa olunan yeni bina memarlıq üslubuna və qeyri-adi formasına görə

tamamilə fərqlənir. Binanın yerin altında olan hissəsində müasir avadanlıqla təchiz olunmuş arxiv, anbar, laboratoriya, bərpa və konservasiya şöbələri fəaliyyət göstərəcəkdir. Binanın 1-ci mərtəbəsində inzibati və elmi zona, 2-ci mərtəbədə kitabxana, xalça toxuma və tikmə elmi mərkəzi, 3-cü mərtəbədə danışıqlar və audio-vizual təqdimat otaqları yaradılacaqdır. 4-cü mərtəbə isə sərgi salonları və görüş otaqları üçün nəzərdə tutulmuşdur. Burada, həmçinin açıq havada heykəl və xalçaların nümayişi üçün sahə də salınmışdır. Muzeydə cəvahirat və qiymətli bəzək əşyalarının sərgisi üçün seyf tipli otaqlar da olacaqdır. Binanın uzunluğu 122 metrə yaxın, eni 22,3, hündürlüyü isə 18,5 metrdir.

 

Elanlar