az
en
Bu gün: 18 Sentyabr 2019
Sevinc Vahabova “Azərbaycanın müdafiə silahları”

Milli Azərbaycan Tarixi Muzeyi tərəfindən hazırlanmış “Azərbaycanın müdafiə silahları” kataloqu işıq üzü görmüşdür (Bakı, 2012, 80 s.) məsul redaktoru akademik N.Vəlixanlı olan kataloqun müəllifi t.ü.f.d. S.Vahabovadır. Silahlar və Bayraqlar fondunda qorunan silahlar sırasında Azərbaycanda istehsal olunmuş silahlar çoxluq təşkil edir. Onların tədqiqi Azərbaycan hərb sənətinin və sənətkarlığının indiyənədək məlum olmayan tərəflərinin müəyyən edilib elmi dövriyyəyə daxil edilməsi, geniş ictimaiyyətə təqdim olunması işini asanlaşdırır. Təqdim olunan kataloqda Silahlar və Bayraqlar fondunda qorunan müdafiə silahları öz əksini tapmışdır. Kataloqda müxtəlif növ qalxan, dəbilqə, cahar-ayna, zireh, qolçaq, ayaqlıq kimi müdafiə silahlarından məlumat verilir. Hər silah nümunəsinin inventar nömrəsi, düzəldilmə materialı, dövrü göstərilir. Silahların yüksəkkeyfiyyətli fotoşəkilləri onların bədii tərtibatını xırdalıqlarına qədər öyrənməyə imkan verir. Kataloq azərbaycan və ingilis dillərində çap olunmuşdur.

Qeyd etmək lazımdır ki, Milli Azərbaycan Tarixi Muzeyinin sərgi salonunda “Torpağa sancılmış qılınc” adlı silah sərgisi yanvarın 15-dək fəaliyyət göstərəcək.

“Azərbaycanın müdafiə silahları” kataloqu

Elanlar