az
en
Bu gün: 18 Sentyabr 2019
Ermənistan tar musiqi alətini də oğurlamağa çalışırlar

Ermənistan musiqiçiləri Azərbaycanın tar ifaçılıq sənətinin UNESCO-nun “Maddi-mədəni irs” siyahısına daxil edilməsinə etirazını bildirib. “Armenpress”ə istinadən verilən məlumata görə, Ermənistanın qədim musiqi alətləri orkestri “Tkzar”ın qurucusu Karlen Mirzoyan UNESCO-nun bu qərarını anlaşılmazlıq və “erməni milli alətləri”nə diqqətsizlik kimi qiymətləndirib: “Tarzənlər əsasən Qarabağdan olublar.

Tarda azərbaycanlılar da ifa edib, lakin bu alətin mənşəyi Şuşadadır və Bakıya da oradan gedib çıxıb”. K. Mirzoyanın fikrincə, tar heç cür Azərbaycan milli musiqi aləti hesab oluna bilməz.  Xatırladaq ki, 2012-ci ildə Azərbaycanın tar ifaçılıq sənəti UNESCO-nun bəşəriyyətin Qeyri-maddi mədəni irs üzrə Reprezentativ siyahısına daxil edilib. Ötən illərdə Azərbaycan muğamı, Azərbaycan aşıq sənəti və beynəlmiləl qeyri-maddi mədəni irs nümunəsi kimi Novruz Bayramı, eyni zamanda Azərbaycan xalçası UNESCO-nun Bəşəriyyətin Qeyri-maddi mədəni irs üzrə Reprezentativ siyahısına daxil edilib.

 

APA

Elanlar