az
en
Bu gün: 18 Sentyabr 2019
Fransa muzeyində erməni və İran adı altında təqdim olunan Azərbaycan nümunələrinin adı dəyişdiriləcək

Fransanın Sen-Jermen Muzeyində erməni və İran adı altında təqdim olunan Azərbaycan nümunələrinin adı dəyişdiriləcək. Bu barədə APA-ya Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Arxeologiya və Etnoqrafiya İnstitutunun direktoru Maisə Rəhimova bildirib.

 

O deyib ki, bu, Sen-Jermen Milli Arxeologiya Muzeyi ilə rəhbərlik etdiyi qurum arasında imzalanan müqaviləyə əsasən həyata keçiriləcək: “XIX əsrin 90-cı illərində Morqan qardaşları Lerikdə qazıntı apararaq oradan çıxan əntiq əşyaları Fransaya aparıblar. Hazırda həmin nümunələr Sen-Jermen Arxeologiya Muzeyində İran və erməni mənşəli əşyalar kimi nümayiş olunur. Biz Sen-Jermen muzeyinin direktoru ilə görüşüb müqavilə bağlamışıq ki, Lerik rayonunda bu məsələ ilə əlaqədar tədqiqatlar aparaq. Muzeylə imzalanan müqaviləyə əsasən, muzeydəki Azərbaycana məxsus materialların hamısının adları dəyişəcək”.

APA 

Elanlar