az
en
Bu gün: 18 Sentyabr 2019
Tarix-diyarşünaslıq muzeyi yeni binada fəaliyyət göstərəcəkdir

Qubada Abbasqulu Ağa Bakıxanovun adını daşıyan tarix-diyarşünaslıq muzeyi üçün yeni bina tikilmişdir.

 

Şəhərin Nizami parkının ərazisində inşa olunmuş yeni muzey binası üçmərtəbəlidir.
Muzey binası 2013-cü ilin sonlarında istifadəyə veriləcəkdir. Hazırda rayon tarix-diyarşünaslıq muzeyində 10 min 500-ə yaxın eksponat vardır. Muzeydə xanlıqlar dövrünə aid silahlar, qalxan, döyüş baltaları və yaxın keçmişə dair digər eksponatlar da yer almışdır. Muzeyin indiki binası Azərbaycanın tarixi abidələr siyahısına salınmışdır. Tarixi bina bir neçə dəfə təmir olunsa da, istismar müddətini başa vurduğundan artıq qəzalı vəziyyətə düşmüşdür. Bu səbəbdən də muzey üçün Mədəniyyət və Turizm Nazirliyinin sifarişi əsasında yeni binanın tikilməsinə qərar verilmişdir.

AzərTAc 

Elanlar