az
en
Bu gün: 17 Noyabr 2019
Gənc müəlliflərin nəzərinə !

Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin məlumatına əsasən, Azərbaycan Prodüserlər Gildiyasının təşkilatçılığı ilə "Geniş baxış" tammetrajlı bədii film üçün ssenari müsabiqəsi elan edilmişdir. Müsabiqənin məqsədi yaradıcılıq istiqamətindən, janr və ifadə üslubundan asılı olmayaraq yüksək səviyyəli müəllif və ya kommersiya xarakterli filmlərin

çəkilməsinə dəstək vermək, bu filmlərin geniş tamaşaçı auditoriyasına çatdırılmasını təmin etmək və bununla Azərbaycanda kino sənayesinin inkişafına təkan vermək, eyni zamanda müasir dövrümüzdə kino sahəsində mühüm yer tutan "prodüser kinosu" anlayışını ölkəmizdə tətbiq etmək və gənc prodüserlərin bu peşəyə dərindən yiyələnməsi üçün şərait yaratmaqdır. Həmçinin xarici kino təşkilatlarını yerli prodüser mərkəzləri ilə "co-production" layihələrinə cəlb etmək və birgə çəkilmiş filmlərin beynəlxalq kino məkanına çıxışını təmin etmək məqsədini də daşıyan müsabiqənin nəticəsini Azərbaycan Prodüserlər Gildiyasının 14 təsisçi üzvü öz aralarında keçirəcəkləri gizli səsvermə yolu ilə müəyyən edəcəklər. "Geniş baxış" tammetrajlı bədii film üçün ssenari müsabiqəsinə hər kəs istənilən janrda bədii film ssenari təqdim edə bilər. Ssenarinin müəlliflik hüququ onu müsabiqəyə təqdim edən şəxsə məxsus olmalı, digər fiziki və hüquqi şəxslərə aidiyyəti olmamalıdır. Ssenarinin hər hansı istehsalat mərhələsində olması istisna edilir. Müsabiqə iki mərhələdən ibarətdir. Birinci mərhələ üçün ssenarilər martın 10-dək Azərbaycan Prodüserlər Gildiyasına göndərilməlidir. Martın 25-də ikinci mərhələyə keçən ssenarilərin adları açıqlanacaq. İkinci mərhələnin yekunları mayın 10-da bəlli olacaq. Müsabiqə haqqında ətraflı məlumat www.azerbaijanfilm.az saytında yerləşdirilib.

 

Elanlar