az
en
Bu gün: 17 Sentyabr 2019
“Azərbaycanın antropomorf terrakotları”. Kataloq. Bakı, 2010, 54 s.

Elmi redaktor - akademik N.Vəlixanlı.

Kataloqun tərtibçi heyəti - t.ü.f.d. F.Osmanov, t.ü.f.d. M.Bağırova, t.ü.f.d. F.Xəlilli, A.Yaqubova, T.İbrahimova, C.Eminli, Q.Ağayev, E.Məmmədov, X.Kərimova.

Nəfis tərtibatlı kitab Azərbaycan Respublikasının Mingəçevir, Örənqala (Beyləqan), Xınıslı, Qarğalartəpəsi, Mollaisaqlı, Hacatamlı, Qalagah yaşayış məskənlərindən aşkarlanmış və hazırda Muzeydə qorunan arxeoloji eksponatların – antropomorf terrakotlar kataloqu şəklində tərtib olunub. Kitabda kolleksiyaya daxil olan hər bir eksponatın ətraflı təfsilatı (inventar nömrəsi, ölçüləri, düzəldilmə materialı, dövrü, tapılma dövrü və şəraiti), müvafiq fotoşəkilləri verilmişdir. Mühüm tarixi mənbə əhəmiyyətli antropomorf terrakotlar qədim Azərbaycan əhalisinin ideoloji təsəvvürləri, etiqad və inancları ilə yanaşı, bədii-estetik görüşlərinin öyrənilməsi baxımından da olduqca önəmlidir.

 

 

 

Elanlar