az
en
Bu gün: 19 Sentyabr 2019
“Milli Azərbaycan Tarixi Muzeyi kolleksiyasının inciləri». Kataloq- albom. Bakı, 2010, 392 s.

 

Baş redaktor – akademik N. Vəlixanlı İşçı qrupu – Muzeyin şöbə və fond müdirləri, idarə heyət.Təqdim olunan kataloq- albom Milli Azərbaycan Tarixi Muzeyinin 90 illiyi münasibətilə çap olunmuşdur. Azərbaycanın ilk dövlət muzeyi olan Milli Azərbaycan Tarixi Muzeyi 1920-ci il iyunun 15-də yaradılmışdır. Mədəni- maarif və elmi- tədqiqat müəsissəsi kimi yaradılan muzey ölkənin ən böyük və zəngin muzeyinə çevrilmişdir. 

Hazırda 300 mindən eksponatın qorunduğu, 8 elmi şöbə və 11 fonddan ibarət olan muzey tariximizin qorunması, tədqiqi və təbliği kimi vacib missiyanı həyata keçirməkdədir.

Nəfis tərtibatlı kataloqda Arxeologiya, Etnoqrafiya, Numizmatika, Xüsusi, Silahlar və Bayraqlar, Faleristika və Qliptika, Hədiyyələr və Xatirə əşyaları, Təsviri materiallar fondlarının nadir materialları, sözün tam mənasında muzeyin inciləri geniş ictimaiyyətə, ölkəmizin qonaqlarına təqdim olunur.

Kitab azərbaycan və ingilis dillərində çap olunub.

 

 

 

Elanlar