az
en
Bu gün: 13 Noyabr 2019
“Azərbaycanın Paris sülh konfransındakı elçiləri”. Bakı, 2010, 208 s.

 

Müəlliflər – t.ü.f.d.  Z.Dulayeva, t.ü.f.d.  L.Şalamova, t.ü.f.d. F.Əhmədova, F.Bağırov. Məsul redaktor - akademik N. Vəlixanlı  Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşları tərəfindən hazırlanan kitab 1918-ci il Paris sülh konfransının mürəkkəb və dolaşıq şəraitində doğma yurdunun istiqlaliyyəti uğurunda çarpışan ilk Azərbaycan diplomatik heyətinin səylərini geniş ictimayyətə çatdırmaqdır.

Kitabda 1918-ci ildə dünyada olan siyasi vəziyyət, Rusiya imperiyasının süqutundan sonra Azərbaycanda müstəqil respublikanın quruluşu uğrunda başlayan mübarizə təsvir olunur. Azərbaycan diplomatik heyətinin neçə-neçə maneə adlayaraq Parisə yollanması və oradakı fəaliyyəti tarixi sənədlər, dövrü mətbuat, şahidlərin qeydləri əsasında oxuculara təqdim olunur. Azərbaycanın müstəqilliyi Avropa dövlətləri tərəfindən tanınmışdır. Lakin Sovet Rusiyasının qoşunları Azərbaycanı işqal etmiş, respublikanın mövcudluğuna son qoymuşlar. Nümayəndə heyəti Avropada mühacir qismində qalmaq məcburiyyəti ilə üzləşmiş, buna baxmayaraq Azərbaycanı tanıtmaq istiqamətində fəaliyyətlərini davam etdirmişdir. Kitabda dövrün hadisələrini əyani surətdə nümayiş etdirən fotoşəkillər verilmişdir.

Kitab azərbaycan və rus dillərində çap olunmuşdur.

 

 

Elanlar