az
en
Bu gün: 22 Iyul 2019
Духовная жизнь азербайджанского народа и ее роль в создании материальной культуры. Баку, 2012, 256 с.

 

Müəllif – Tamilla İbrahimova. Baş elmi məsləhətçi akademik N.Vəlixanlı.Elmi redaktor Q.Qoşqarlı AMEA Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşlarının nəşrləri sırasında dünyasını vaxtsız dəyişmiş tədqiqatçı Tamilla İbrahimovanın kitabı xüsusi yer  tutur. Belə ki, bu yaxınlarda rus dilində işıq üzü görmüş “Azərbaycan xalqının mənəvi həyatı və madii mədəniyyətin yaradılmasında onun rolu” (“Духовная жизнь азербайджанского народа и ее роль в создании материальной культуры. Баку, 2012, 256 с.”) adlı kitabda Zərdüştlüyün yaranma və yayılma arealları, zərdüştlüyü dini-fəlsəfi cərəyan kimi tədqiq etməyə imkan verən tarixi mənbələr, ilk Sasanilər dövründə “Avesta” dini kitabının rəsmən qəbul olunması problemləri araşdırılır. Milli Azərbaycan Tarixi Muzeyinin fondlarında qorunan kaşılar üzərindəki şəkillərdə “Avesta” süjetləri təsvir olunur. T.İbrahimova bu kaşıları təhlil etmiş, onlar üzərində olan süjetləri ətraflı təsvir etmişdir.

Burada həmçinin şair Firdövsinin “Şahnamə” əsərində qədim Azərbaycan dövləti Atropatenin müqəddəs odlarının təsvir olunması məsələsinə baxılır. Tədqiqatçı orta əsr bədii janrlarında axirət dünyasının təsviri ənənəsini araşdırır. Kitabda həmçinin Şərq poeziyası süjetlərinin Azərbaycanın tətbiqi-sənət nümunələrində əksi, Təbriz miniatür məktəbinin orta əsr portret janrına təsiri, Bəndovan II arxeoloji abidəsindən aşkarlanmış şüşə əşyaları, Muzeyin kolleksiyasında qorunan XVI-XVII əsr İran çini qabları, Muzeyin müvafiq şöbələrinin 30-60-cı illərdəki fəaliyyəti ilə bağlı materiallar öz əksini tapmışdır.

 

 

Elanlar