az
en
Bu gün: 18 İyun 2019
“H.Z.A.Tağıyevin qız məktəbi tarixindən». Bakı, 2011, 392 s.

Müəllif - t.ü.f.d. F.Cabbarov Elmi redaktor – akademik N. Vəlixanlı  

Kitab görkəmli ictimai xadim, sahibkar, xeyriyyəçi, “millətin atası” H.Z.Tağıyevin təsis etdiyi müsəlman dünyasında ilk dünyəvi qız məktəbinin yaranma tarixinə həsr olunub. Arxiv sənədləri, o cümlədən dövri mətbuatın materialları, xatirələr, fotoşəkillər bu tədris müəssisəsinin müsəlman dünyasında qadın təhsilinin inkişafı üçün əhəmiyyəti barədə geniş təsəvvür yaradır.

Kitabın 1-ci bölümündə Qız məktəbinə dair sənədlər və materiallar toplanmışdır. Sənədlərdən məktəbin açılışı ilə bağlı H.Z.Tağıyevin üzləşdiyi problemlər, məktəbin müəllim və şagird kontingenti, məktəbin gündəlik fəaliyyəti barədə tam və dolğun təsəvvürlər yaranır.

 Kitabın 2-ci bölümündə Qız məktəbinə dair xatirələr toplanmışdır. Belə ki, Azərbaycanın və ümumiyyətlə müsəlman dünyasının həyatında əhəmiyyətli hadisə olan Qız məktəbinin açılışı geniş rezonans doğurmuş, məktəbin müəllim və şagirdləri, dövrün ictimai xadimləri, ziyalıları öz xatirələrilə bölüşmüşlər. Kitabda nadir tarixi fotoşəkillər verilib.

Kitab azərbaycan və rus dillərində çap olunub.

 

 

Elanlar