az
en
Bu gün: 13 Noyabr 2019
YAŞAR NURİNİN XATİRƏSİNƏ HƏSR OLUNUR

 Yanvarın 22-də Respublikanın xalq artisti Yaşar Nurinin əziz xatirəsinə həsr olunmuş klipin təqdimatı keçirilmişdir. Klipdə Yaşar Nurinin ən çox sevdiyi və özünün də böyük məharətlə ifa etdiyi, sözləri Zeynal Xəlilə, musiqisi isə Soltan Hacıbəyovə aid olan “Kimlər gəldi, kimlər getdi” mahnısı Rüfət Axundovun ifasında

səslənmişdir.Rejissor Nail Naiboğlu  klipdə dahi aktyorun çəkildiyi filmlərdən, teletamaşalarından və verilişlərdən seçilmiş kadrlardan istifadə etmişdir.

 

              Klipin təqdimatında aktyorun ailəsi başda olmaqla, dost və tanışları da iştirak etmişlər.

              AMEA Milli Azərbaycan Tarixi Muzeyindən tədbirdə Elm-maarif şöbəsinin əməkdaşı Ayəndə Dadaşova iştirak etmişdir

 

Elanlar