az
en
Bu gün: 18 Sentyabr 2019
Göygöl rayonunun tarixi muzeyləri sırasına biri də əlavə ediləcəkdir

 

Cari ildə Göygöl rayonundakı tarixi muzeylər sırasına biri də əlavə ediləcəkdir. AzərTAc xəbər verir ki, bu, rayonun sonuncu alman sakini, 2008-ci ildə burada vəfat etmiş Viktor Kleynin evidir. Onun evinin muzeyə çevrilməsi üçün Mədəniyyət və Turizm Nazirliyinə müraciət olunmuş və müsbət cavab alınmışdır. Hazırda nazirliyin göstərişi ilə Bakıdan dəvət olunmuş mütəxəssislər evdəki

qədim əşyaları siyahıya alırlar. Viktor Kleynin əşyaları siyahıya alındıqdan sonra binanın qədimliyi qorunaraq təmir-bərpa ediləcəkdir. Göygöl Rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri Şərqiyyə Hümbətova bildirmişdir ki, orada alman irsinə məxsus cürbəcür məişət əşyaları vardır. Onların hamısı eksponat kimi qiymətlidir. Evdə almanlara məxsus əşyalarla yanaşı, azərbaycanlılara aid əşyalar da seçiləcəkdir. Turistlər buraya daha çox maraq göstərdikləri üçün ev muzeyə çevriləcəkdir.
Göygöl rayonunda almanlar XIX əsrin əvvəllərindən məskunlaşmışlar. Burada hazırda onlar tərəfindən inşa edilən 300-dən çox ev vardır.

 

 

Elanlar