az
en
Bu gün: 22 Iyul 2019
Мамедов Мамед. Акцизная политика царизма в Азербайджане в XIX в. Баку, 2012. 208 с. Научный редактор – д.ф.п.и. Ф.Джаббаров

 

Rusiya imperiyasının ən önəmli iqtisadi regionlarından olan Azərbaycanda XIX əsrdə spesifik iqtisadi mühit formalaşmışdır. Çarizmin iqtisadi kursunun əhəmiyyətli tərkib hissəsi olan aksiz siyasəti vergilər vasitəsilə iqtisadiyyatın müxtəlif sahələrinin tənzimlənməsini nəzərdə tuturdu. Təqdim olunan kitab çarizmin Azərbaycanda həyata keçirdiyi aksiz siyasətinin araşdırılması, bu siyasətin regionun iqtisadiyyatına olna təsirinin müəyyənləşdirilməsi, nəticədə cəmiyyətin sosial-iqtisadi quruluşunda olan dəyişikliklərin təhlil olunmasına həsr olunub. Kitabda toplanmış faktoloji material tarixşünaslıqda demək olar ki araşdırılmayan aksiz məsələlərin XIX əsrdə iqtisadiyyatın inkişafına olan təsirini əyani surətdə nümayiş etdirir. Kitabın nəticələri, həmçinin burada əks olunan statistik göstəricilər çarizmin Azərbaycanda həyata keçirdiyi siyasətin daha ətraflı araşdırılması baxımından vacib əhəmiyyət kəsb edir.

 

Elanlar