az
en
Bu gün: 07 Dekabr 2019
Gürcüstanın Milli Muzeyində Azərbaycan mədəni irsindən bəhs edən sərgi açılmışdır

 

Gürcüstan Milli Muzeyinin Ş.Amirxanaşvili adına incəsənət salonunda Azərbaycanın mədəni irsinə həsr olunmuş sərgi açılmışdır. Sərgi Gürcüstan Mədəniyyət və Abidələrin Mühafizəsi Nazirliyi, Gürcüstan Milli Muzeyi, Tbilisidəki M.F.Axundzadə adına Azərbaycan Mədəniyyət Muzeyinin təşkilatçılığı ilə keçirilir. Sərgidə əllə toxunmuş qədim Azərbaycan xalçaları, naqqaşlıq və qrafika

nümunələri, xalq çalğı alətləri, mis və keramikadan hazırlanmış qədim məişət əşyaları nümayiş etdirilir. Gürcüstan İncəsənət Muzeyinin direktoru David Lordkipanidze bildirmişdir ki, sərgidə nümayiş olunan qədim sənət nümunələrini Azərbaycan sənətçilərinin şah əsəri hesab etmək olar. O, sərginin tamaşaçıların rəğbətini qazanacağına əmin olduğunu demişdir. Tbilisidəki M.F.Axundzadə adına Mədəniyyət Muzeyinin direktoru Leyla Əliyeva sərgidə əllə toxunmuş 40-dək Borçalı, Qarayazı, Qazax və s. xalçalarının, həmçinin müxtəlif qədim məişət əşyalarının nümayiş etdirildiyini və bunun təşkilində məqsədin gürcü ictimaiyyətini Azərbaycan xalqının mədəni irsi ilə yaxından tanış etmək olduğunu bildirmişdir. Milli muzeyin əməkdaşı Anna Verulaşvili sərginin ilk gündən böyük marağa səbəb olduğunu və martın 5-dək davam edəcəyini demişdir. Sərgi ARDNŞ-in Gürcüstan nümayəndəliyinin dəstəyi ilə təşkil olunmuşdur.

 

 

Elanlar