az
en
Bu gün: 17 Noyabr 2019
Xalq yaradıcılığı paytaxtlarının təqdimatı olacaqdır

 

Mədəniyyət və Turizm Nazirliyinin "2010-2014-cü illər üçün Xalq Yaradıcılığı Paytaxtları" proqramı çərçivəsində 2013-cü il üçün Azərbaycanın folklor, sənətkarlıq, əfsanələr paytaxtları müəyyənləşmişdir. Nazirliyin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, üç nominasiya üzrə "paytaxt" seçilmək üçün təqdim edilən təkliflər şəhərlərin ümumi hazırlığı, tarixi ənənələri və

digər amillər nəzərə alınmaqla təhlil edilmişdir. Nəticədə bu il üçün Xaçmaz Azərbaycanın əfsanələr, Zaqatala folklor, Göygöl isə sənətkarlıq paytaxtları seçilmişdir. Cari il fevralın 19-da bununla bağlı təqdimat mərasimi keçiriləcək, yaradıcılıq paytaxtları geniş ictimaiyyətə elan olunacaqdır. Yaradıcılıq paytaxtların elan edilməsinin məqsədi Azərbaycanın qeyri-maddi mədəni irsinin qorunması, dəstəklənməsi, milli folklor ustaları və kollektivlərinin, sənətkarların, milli adət-ənənələrin, eyni zamanda, respublikanın şəhər və rayonlarının beynəlxalq səviyyədə tanıdılması, daxili və xarici turizmin inkişafıdır. İl ərzində nominasiyalara uyğun olaraq Göygöl, Zaqatala və Xaçmaz şəhərlərində təntənəli mərasimlərin, konfransların, “dəyirmi masa”ların, konsertlərin, festivalların, sərgilərin, yarmarkaların, infoturların və s. tədbirlərin təşkili nəzərdə tutulur. "2010-2014-cü illər üçün Xalq Yaradıcılığı Paytaxtları" proqramı çərçivəsində 2010-cu ildə Qazax, Şəki, Gəncə, 2011-ci ildə Lənkəran, İsmayıllı, Şabran, 2012-ci ildə isə Masallı, Quba, Gədəbəy folklor, sənətkarlıq, əfsanələr paytaxtları elan edilmişlər.

 

 

Elanlar