az
en
Bu gün: 21 Noyabr 2019
Bakı dünən, bu gün və sabah” mövzusunda respublika sərgi-müsabiqəsi elan edilmişdir

 

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 90, Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 95 illiyi münasibətilə “Bakı dünən, bu gün və sabah” mövzusunda respublika sərgi-müsabiqəsi elan edilmişdir. AzərTAc xəbər verir ki, müsabiqə Mədəniyyət və Turizm, Azərbaycan Rəssamlar İttifaqı, Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsi, Azərbaycan Dövlət rəsm

qalereyası və “Xətai” sənət məkanının birgə təşkilatçılığı ilə keçirilir. Müsabiqənin məqsədi Bakı şəhərinin tarixi keçmişi, bu günü və inkişaf perspektivlərini əks etdirən, yüksək sənət tələblərinə uyğun yeni incəsənət əsərlərinin yaradılmasından ibarətdir. Rəngkarlıq, qrafika və heykəltəraşlıq əsərləri üzrə təşkil olunacaq müsabiqə ümumilikdə 12 mövzunu əhatə edir. Müsabiqədə iştirak etmək istəyənlər əsərlərini martın 15-dək Azərbaycan Dövlət rəsm qalereyasına təqdim etməlidirlər. Münsiflər heyətinin qərarı ilə müsabiqədə fərqlənəcək rəssamlara diplom və pul mükafatı təqdim olunacaqdır.

 

 

Elanlar