az
en
Bu gün: 19 Sentyabr 2019
Gəncədəki yeraltı fayton yolları bərpa olunduqdan sonra muzey kimi istifadə olunacaqdır

Gəncədə vaxtilə istifadə edilmiş və sonralar baxımsızlıqdan yararsız hala düşmüş yeraltı fayton yollarının bərpası üçün hazırlıq işlərinə başlanılmışdır. Bu istiqamətdə aparılan tədqiqat işləri zamanı şəhərdə olan bütün yeraltı yolların xəritəsi hazırlanmışdır. Gəncə Regional Elmi Mərkəzinin direktor müavini Samir Pişnamazzadə AzərTAc-a demişdir ki, aran memarlıq

üslubunda inşa edilən bu yolların tarixi VIII əsrə gedib çıxır. Yadellilərin şəhərə hücumları, yürüşləri zamanı bu yollardan istifadə etməklə mülki əhalini qorumaq mümkün olmuşdur. Yeraltı yollar inşa edilərkən burada faytonların hərəkəti də nəzərə alınmışdır. Tədqiqatlar göstərir ki, üç istiqamətdə tikilən yollar şəhərin bütün ərazilərini biri-biri ilə birləşdirir və onun çox hissəsi yararlı vəziyyətdədir. Hazırda şəhər icra hakimiyyəti, Respublika Mədəniyyət Nazirliyi və AMEA birgə tədbirlər planı təsdiq etmiş və Gəncənin yeraltı fayton yollarının bərpa edilərək muzey kimi istifadə olunması qərara alınmışdır.

 

 

Elanlar