az
en
Bu gün: 17 Noyabr 2019
Xocalı faciəsi rəssamların əsərlərində

Mədəniyyət və Turizm Nazirliyi Azərbaycan Rəssamlar İttifaqı ilə birlikdə Xocalı soyqırımına həsr olunmuş respublika sərgi-müsabiqəsi elan etmişdir. Rəssamlar İttifaqından AzərTAc-a bildirmişlər ki, artıq müsabiqədə iştirak etmək istəyən rəssamlar əsərlərini təqdim etməyə başlamışlar. Sərgi-müsabiqənin məqsədi 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalı

şəhərində dinc azərbaycanlı əhaliyə qarşı törədilmiş soyqırımı hadisəsini təsviri sənət əsərləri vasitəsilə ifadə etmək, xalqımıza qarşı törədilmiş soyqırımı faktlarının bədii təcəssümünü nümayiş etdirməkdir. Müsabiqəyə təqdim olunacaq əsərlər münsiflər heyəti tərəfindən qiymətləndiriləcək və müəlliflər mükafatlandırılacaqlar.

 

Elanlar