az
en
Bu gün: 17 Noyabr 2019
Nəriman Nərimanovun xatirə muzeyinin fondu yeni materiallarla zənginləşdirilmişdir

Muzeydən AzərTAc-a bildirmişlər ki, bu materiallar Dövlət Mükafatı laureatı, Əməkdar Elm Xadimi, tarix elmləri doktoru, professor Cəmil Quliyevin AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda mühafizə edilən arxivindən Nəriman Nərimanovun adı və fəaliyyəti ilə bağlı olan bir sıra mühüm sənədlərin surətləridir. Cəmil Quliyevin yaradıcılığında tariximizin

görkəmli ictimai-siyasi və dövlət xadimlərinin həyat və fəaliyyətlərinin elmi tədqiqi və şərhinə geniş yer verilmişdir. Onların arasında Nəriman Nərimanov xüsusi yer tutur. Professorun N.Nərimanov haqqında elmi məqalələri 1956-1957-ci illərdə çapdan çıxmış və son illərə qədər bir sıra yazılar nəşr etdirmişdir. N.Nərimanov haqqında zəngin arxiv Cəmil Quliyevin özü tərəfindən AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutuna təqdim olunmuş və orada “Nəriman Nərimanov” fondu təsis edilmişdir.

 

 

Elanlar