az
en
Bu gün: 21 Noyabr 2019
Canlı qəhrəman

 Atilla jurnaliVətən torpağının bütövlüyü uğrunda canını qurban vermiş qəhrəmanlarımız haqqında eşidəndə hər zaman qürur hissi duysaq belə bizi qəhər boğur. Bu dəfə isə canlı qəhrəmanla görüşdüyümdən yerə-göyə sığmırdım.Bu dəfə hamının gözləri sevinc yaşıyla dolmuşdur.

Bəstəkar İmruzə Hüseynovanın gənc şairə Gülşən Behbudun sözlərinə yazılmış “İbadlar diyarı” mahnısının təqdimatında toplaşmışdıq. Gənc rejisorlardan ibarət bir qrup gözəl bir layihə üzərində işləmiş və qəhrəman İbad Hüseynlinin simasında bütün qəhrəmanlarımıza həsr olunmuş bir klipi KİV nümayəndələrinə təqdim etdilər. Bu klipdə mahnını ifa edən respublikanın xalq artisti Flora Kərimova, əməkdar artistlər Lalə Məmmədova. Gülyanaq və Gülyaz Məmmədova bacıları, Avroviziya təmsilçimiz Səbinə Babayeva belə bir layihənin həyata keçirilməsini çox bəyəndiklərini və bununla qürur duyduqlarını bildirdilər. Əsas qəhrəman isə, İbad Hüseynli fikrini belə bildirdi – “ Mən düşmən qarşısında heç bir vaxt acız olmadım, amma sizin qarşınızda söz deməyə acızəm. Mən heç bir şey etməmişəm, mən yalnız torpağım uğrunda vuruşmuşam və bu mənim vətəndaş borcumdur. Bu yığıncaqda həm də yeni bir mətbuat orqanı, yəni “ATİLLA” jurnalının təqdimatı idi. Bu jurnal Türkiyədə türk dilində nəşr olunsa da bütövlükdə Azərbaycana həsr olunub. Yəni jurnalı elə bizimkilər hazırlayır. Burada məhz elə İbad haqqında böyük materiallar çap olunub. Jurnalın redaktoru Gülşən Behbud çıxış edərək söylədi ki, İbad Hüseynlini çoxu hansisa bir erməninin başını kəsən kimi tanıyır. Amma İbadın qəhrəmanlığı təkcə bundan ibarət deyil axı. Sadə bir sözlə desək İbad ermənilərə qan utdurub. Onlar İbadı heç vaxt öldürmək istəməyiblər, onlar İbadı diri tutmaq arzusunda idilər. Bu arzuları ürəklərində də qaldı. İbad Hüseynli haqqında çox yazmaq olar. Bizim beş qadın ifaçımız, iki qadın müəllifimiz sözlərini belə bir layihə ilə dedılər. Əməkdar artist Lalə Məmədovanın sözləri yerinə düşdü – “ Həmişə kişi müğənniləri qadın gözəlliyini, ona olan məhəbbətini vəsf ediblər. Bu dəfə isə biz qadlnlar bu layihəni bizim qəhrəman oğullarımıza hədiyyə etdik”.

 

 

Elanlar