az
en
Bu gün: 18 Sentyabr 2019
Bakı Slavyan Universitetində muzey və sərgilərə ekskursiyalar təşkil edilir

Bakı Slavyan Universitetinin (BSU) muzeyi yeni layihə həyata keçirməyə başlamışdır. Muzeyin təşkilatçılığı ilə universitetin tələbə və əməkdaşlarının müxtəlif muzey və sərgilərə ekskursiyaları nəzərdə tutulur.

BSU-dan AzərTAc-a bildirmişlər ki, artıq Bakıda fəaliyyət göstərən muzeylər barədə dolğun məlumat toplanmış, iş planı tərtib edilmişdir. Bu istiqamətdə ilk addım atılmışdır. Universitetin tərcümə fakültəsinin bir qrup tələbəsi, müəllim və muzeyin əməkdaşı Lətif Kərimov adına Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyinə ekskursiya etmiş, Azərbaycanın qədim xalça nümunələri ilə tanış olmuşlar.

 

 

Elanlar