az
en
Bu gün: 18 Sentyabr 2019
Bakıda “Muğam aləmi” III Beynəlxalq muğam festivalının təntənəli açılışı olmuşdur

Martın 9-da Bakıda, Heydər Əliyev Mərkəzində “Muğam aləmi” III Beynəlxalq muğam festivalının təntənəli açılış mərasimi olmuşdur. Tədbirdə Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyeva iştirak etmişdir.


Martın 19-dək davam edəcək festivalın təşkilatçıları Heydər Əliyev Fondu, Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Bəstəkarlar İttifaqıdır. Beynəlxalq festivalın prezidenti, Azərbaycanın birinci xanımı Mehriban Əliyeva mərasimi açaraq çıxış etmişdir. Hökumət rəsmilərinin, Milli Məclisin deputatlarının, Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələrinin, tanınmış mədəniyyət və incəsənət xadimlərinin, 24 ölkədən, o cümlədən Türkiyə, İtaliya, İspaniya, Misir, Hindistan, Çin, İran, Tunis, Mərakeş, Liviyadan gəlmiş qonaqların iştirak etdikləri tədbir geniş konsert proqramı ilə davam etmişdir.

 

Elanlar