az
en
Bu gün: 21 Noyabr 2019
Memarlıq və arxeoloji abidələrin bərpası və konservasiyası sahəsində düşərgə təşkil olunacaqdır

Memarlıq və arxeoloji abidələrin bərpası və konservasiyası sahəsi

Sentyabrın 18-dən 25-dək Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə memarlıq və arxeoloji abidələrin bərpası, konservasiyası sahəsində düşərgənin təşkili nəzərdə tutulmuşdur.

Layihə çərçivəsində iştirakçılara Bakı və Quba şəhərlərində yerli və xarici mütəxəssislərin iştirakı ilə memarlıq və arxeoloji abidələrin bərpası, konservasiyası sahəsində təlimlər keçiriləcək, iştirakçılar Quba rayonundakı Xınalıq Dövlət Tarix-Memarlıq və Etnoqrafiya Qoruğunda, Abşeron yarımadası ərazisində arxeoloji qazıntılarda iştirak etmək imkanı qazanacaq, son illər ərzində bərpa edilmiş və hazırda bərpası davam etdirilən tarix, mədəniyyət abidələrini ziyarət edəcəklər.
Düşərgə yaşı 29-dək olan, mədəni irs və onun inkişafı ilə bağlı sahələr üzrə (memarlıq, arxeologiya, turizm, mədəniyyətşünaslıq və digərləri) ixtisaslaşan bakalavr, magistr və doktorantura pillələri üzrə təhsil alan və ya məzun olmuş gənclər üçün nəzərdə tutulmuşdur. İştirakçıların seçimi müsahibə əsasında həyata keçiriləcəkdir. Layihədə iştirak arzusunda olan şəxslər Mədəniyyət və Turizm Nazirliyinin mədəni irs şöbəsinə müraciət edə bilərlər (tel: +994 12 4981980; e-mail: e.z.safarov@mct.gov.az). Namizədlər sentyabrın 16-dək müraciət edə bilərlər. Düşərgənin sonunda iştirakçılara Mədəniyyət və Turizm Nazirliyinin layihədə iştiraka dair sertifikatları təqdim olunacaqdır.

Elanlar