az
en
Bu gün: 13 Noyabr 2019
Qarabağ xalçaları haqqında yeni kitab- kataloq

        Milli Azərbaycan Tarixi Muzeyində yeni “Qarabağ xalçaları” adlı kitab-kataloq işıq üzü görmüşdür. Elmi redaktoru Muzeyin direktoru, akademik Nailə Vəlixanlı olan kitabın mətninin müəllifi Muzeyin Etnoqrafiya fondunun müdiri, t.ü.f.d. Gülzadə Abdulovadır.

         Kataloqun giriş hiss.sində Qarabağ xalçalarının tarixçəsi barədə müfəssəl məlumat verilir. Daha sonra kataloqun “Qarabağda yun ipin xalq üsulu ilə boyanması” adlı bölməsində indiyənək az məlum olan boyama məhlul və üsulları barədə məlumat verilir. Qeyd edək ki, tədqiqata cəlb olunan xalçaların boya tərkibinin analizini Türk Kültür Vəqfinin vəsaiti hesabına Mərmərə Universiteti Əczaçılıq fakültəsinin professoru dr. Rəcəb Qaradağ və professor dr. Türkan Yurdun həyata keçirmişlər.

         Kataloqda Muzeyin kolleksiyasına daxil olan 150-ə yaxın Qarabağ xalça və xalça məmulatları (məfrəş, xurcun, heybə və s.) haqqında məlumat verilir. Belə ki, hər eksponatın rəngli fotoşəkli ilə bərabər onun toxunduğu dövr, ölçüləri, boyanma xüsusiyyətləri, muzeyə daxil olma tarixi də göstərilmişdir.


Elanlar