az
en
Bu gün: 12 Dekabr 2017
Ana səhifə    Muzeyin dostları və partnyorları
Muzeyin dostları və partnyorları

SEBA (Seul-Bakı) Azərbaycan-Koreya Mədəniyyət Mübadiləsi Assosiasiyası

Viktor Kvaçidzenin “Xəzər Atlantidası” (Azərbaycan, ingilis və rus dillərində) və Fərhad Cabbarovun “Sovet Rusiyasının siyasətində Bakı nefti amili (1917-1922-ci illər)” (rus dilində) kitablarının nəşr olunmasında və “Xəzər Atlantidası” sərgisinin təşkilində göstərdiyi köməyə görə 2009-cu ildə “Milli Azərbaycan Tarixi Muzeyinin Dostu” elan edilmişdir.

BP-Azərbaycan şirkəti

 “Hacı Zeynal Abdin Tağıyev” kitab-albomunun nəşrində göstərdiyi sponsorluq köməyinə görə 2010-cu ildə “Milli Azərbaycan Tarixi Muzeyinin Dostu” elan edilmişdir.

 

Norveçin Stavanger Arxeologiya Muzeyi

Milli Azərbaycan Tarixi Muzeyi ilə Norveçin Stavanger Arxeologiya Muzeyi arasında partnyorluq əlaqələri 2006-cı ildən qurulmuşdur. Arxeologiya Muzeyinin direktoru Harald Yakobsenin rəhbərliyi norveçli muzey əməkdaşları dəfələrlər Muzeyimizdə, Muzeyin əməkdaşları isə Stavanger şəhərində olmuşlar. 2006-cı ilin oktyabr ayında Norveçin Stavanger Arxeologiya Muzeyində təşkil olunmuş “Karvansara. Azərbaycan – odlar yurdu” adlı sərgidə Muzeyimizin 150-dən çox eksponatı 6 aydan artıq müddətdə nümayiş olunmuşdur. Həmçinin ötən illər ərzində muzeylərimiz  arasında təcrübə mübadiləsi qurulmuşdur. Muzey işinin müxtəlif sahələrindəki əməkdaşlıq indi də davam edir.

 

Çexiyanın Ostrava şəhər muzeyi

 Milli Azərbaycan Tarixi Muzeyi ilə Çexiyanın Ostrava şəhər muzeyi arasında əməkdaşlıq 2012-ci ildən qurulmuşdur. Ostrava şəhər muzeyinin sərgilər üzrə kuratoru Muzeyimizdə, Tarix Muzeyinin əməkdaşları isə Ostrava şəhərində olmuşlar. 2012-ci il dekabrın 19-da Çexiyanın Ostrava şəhər muzeyində açılışı olmuş "Əbədi odlar yurdu - Azərbaycanın minillik mədəniyyəti" adlı sərgidə Muzeyimizin inciləri hesab olunan yüzlərlə eksponat nümayiş olunur. Sərgi 2013-cü il fevralın 28-dək davam edəcək. Muzeylər arasında əməkdaşlığın genişləndirilməsi nəzərdə tutulur.  

Çexiya Milli Muzeyi

Milli Azərbaycan Tarixi Muzeyi ilə Çexiya Respublikası Milli Muzeyi  arasında əməkdaşlıq 2012-ci ildən qurulmuşdur. 2012-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Çexiya Respublikasına səfəri zamanı muzeylərimiz arasında əməkdaşlığın genişləndirilməsi barədə razılıq əldə olunmuşdur. Çexiya Respublikası Milli Muzeyi və Milli Azərbaycan Tarixi Mizeyi arasında Qarşılıqlı Anlaşma barədə Memorandum imzalanmışdır. Memoranduma əsasən 2013-cü il 1 iyun - 25 sentyabr 2013-cü il tarixlərində Milli Azərbaycan Tarixi Muzeyinin Sərgi zalında nadir eksponatlardan ibarət “Çexiya süleyman daşı” adlı sərgi təşkil olunmuşdur. 2014-cü ildə Milli Azərbaycan Tarixi Muzeyinin Praqada sərgisinin təşkil olunması nəzərdə tutulmuşdur.

Muzeylər arasında əməkdaşlığın genişləndirilməsi nəzərdə tutulur.  


Yunus Əmrə Türk Kültür Mərkəzi

2013-cü ilin avqust ayından Milli Azərbaycan Tarixi Muzeyi ilə Bakıda yenicə fəaliyyətə başlamış Yunus Əmrə Türk Kültür Mərkəzi ilə əməkdaşlıq əlaqələri qurulmuşdur. Mərkəzin direktoru Səriyyə xanım Gündoğdu Muzeyimizdə olmuş və ilk birgə tədbir kimi “Qafqaz İslam Ordusu və Bakının azad edilməsi-95” sərgisinin həyata keçirilməsi fikrinin dəstəkləmişdi. 2013-cü il sentyabrın 16-dan oktyabrın 16-dək fəaliyyət göstərmiş sərgi tamaşaçıların böyük marağına səbəb olmuşdur. Muzey ilə Yunus Əmrə Türk Kültür Mərkəzi arasında əlaqələrin daha genişləndirilməsi nəzərdə tutulmuşdur.

 

“BP-Azərbaycan” şirkəti

 “BP-Azərbaycan” şirkətinin sponsorluğu ilə Azərbaycan Milli İncəsənət Muzeyinə və Milli Azərbaycan Tarixi Muzeyində 2014-cü il yanvarın 7-dən 17-ək 10 günlük “açıq qapı” kampaniyası keçirilmişdir. Qış tətili müddətində bu kampaniyadan məktəblilər, tələbələr, bütün Bakı sakinləri və qonaqlar faydalanmışlar. “Açıq qapı” günlərində Muzeyə gələn tamaşaçıların sayı 4 min nəfəri ötmüşdür.

 

 


Elanlar