az
en
Bu gün: 18 Noyabr 2017
Ana səhifə    Elmi-tədqiqat fəaliyyətinin əsas istiqamətləri
Elmi-tədqiqat fəaliyyətinin əsas istiqamətləri

AMEA Milli Azərbaycan Tarixi Muzeyinin ekspozisiya, elmi tədqiqat, kütləvi və fond işlərinin əsas istiqamətlərini tarix elminin son illərdə əldə etmiş olduğu nailiyyətlərinə və muzeyşünaslığın dünya təcrübəsi ilə təsdiq olunan müasir prinsiplərinə əsaslanaraq ekspozisiyanın qurulması, onun daim zənginləşdirilərək təkmilləşdirilməsi təşkil edir. Muzeyin icraedici orqanı Elmi Şuradır. O, Muzeyin elmi və təşkilati fəaliyyətini planlaşdırır, onun həyata keçirilməsinə nəzarət edir, Muzeyin və onun struktur bölmələrinin illik iş planını təsdiq edir, hesabatlarını qəbul edir, Muzeyin doktoranturasına və dissertanturasına qəbul aparır, öz səlahiyyətlərinə aid digər məsələləri həll edir.

Hal-hazırda Muzeydə 4 elmi şöbə - Azərbaycanın Qədim və Orta Əsrlər Dövrü tarixinin ekspozisiyası, Azərbaycanın Yeni və Ən yeni Dövrü tarixinin ekspozisiyası, Elmi maarif və Sərgilərin təşkili və elmi nəşrlər şöbələri fəaliyyət göstərir.

Azərbaycanın Qədim və Orta Əsrlər Dövrü tarixinin ekspozisiyası və Azərbaycanın Yeni və Ən yeni Dövrü tarixinin ekspozisiyası şöbələrinin əsas vəzifəsi müvafiq dövrlərə aid tarixi abidələrin, maddi və mənəvi mədəniyyət materiallarının toplanması, elmi tədqiqi, ekspozisiyada və sərgilərdə nümayişidir. Son illər ərzində bu şöbələrin əməkdaşları yeni ekspozisiyanın qurulması, onun təkmilləşdirilməsi və zənginləşdirilməsi, habelə Azərbaycan tarixi üzrə materialların elmi tədqiqi, toplama, sərgilərin qurulması işlərində fəaliyyət göstərmişlər.

Elmi maarif şöbəsi ekspozisiya və sərgilər üzrə ümumi və tematik ekskursiyaların hazırlanması və aparılması, Azərbaycan tarixinin ekspozisiya, sərgilər və s. vasitəsilə təbliği, təhsil müəssisələri ilə əlaqələrin qurulması, muzeydənkənar işlərin və müxtəlif tədbirlərin təşkili istiqamətində çalışır.

Muzey işinin mühüm hissəsi sayılan sərgilərin keçirilməsini, elmi nəşrlərin hazırlanmasını və çapını 2010-cu ildə yaradılan Sərgilərin təşkili və elmi nəşrlər şöbəsi həyata keçirməyə başlamışdır.

Elanlar