az
en
Bu gün: 20 Oktyabr 2017
Ana səhifə    Təsviri materiallar fondu
Təsviri materiallar fondu

1925-ci ildə Muzeydə İncəsənət şöbəsi fəaliyyətə başladı. Növbəti ildə Muzeydə rəsm qalereyası və 675 əsərdən ibarət Şərq incəsənəti ekspozisiyası açıldı. Muzeyin təsviri incəsənət kolleksiyasının əsasını Azərbaycanda toplama işi və bolşevik hökumətinin “müsadirə kampaniyası” nəticəsində toplanan, habelə Moskva və Leninqrad (Sankt-Peterburq) şəhərlərindən gətirilən rəsm əsərləri təşkil etdi.

         1928-ci ilin may ayına olan məlumata əsasən İncəsənət şöbəsində 715 ədəd Şərq, 879 ədəd Qərb incəsənətinə aid eksponat toplanmışdır. 1928-ci ildə şöbənin rəhbəri V. M. Zummer təyin olunmuşdur.

         1934-cü ildə Azərbaycan Dövlət İncəsənət Muzeyinin yaradılması ilə əlaqədar Tarix Muzeyinin İncəsənət şöbəsində olan materialların çox hissəsi yeni muzeyə təhvil verildi və şöbə faktiki olaraq ləğv edildi.

         Tarix Muzeyinin ayrı-ayrı fondlarında, şöbələrdə pərakəndə vəziyyətdə olan rəsm əsərləri 2002-ci ildə təşkil olunan İllüstrasiya və təsviri incəsənət fonduna (2009-cu ildən Təsviri materiallar fondu) toplanmağa başladı.

         Hal-hazırda fondda Azərbaycan, Avropa, Rusiyanın tanınmış rəssamlarının 800-dən artııq əsərləri mühafizə olunur. Onların içərisində yağlı və sulu boya ilə kətan, taxta, karton və kağız üzərində, həmçinin qrafika, litoqrafiya, intarsiya, inkrustasiya, mozaika və s. üsullarla işlənmiş sənət əsərləri var.

Elanlar