“Azərbaycan Respublikasında 2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiya”da göstərildiyi kimi, milli-mənəvi dəyərlərin qorunmasına, milli tariximizin, mədəniyyətimizin və dilimizin obyektiv və əsaslı konseptual tədqiqinə yönəldilmiş humanitar və ictimai elmlər sahəsində araşdırmalar ölkənin sosial-iqtisadi və mədəni-mənəvi inkişafına uyğun prioritet elmi istiqamət olaraq qəbul edilmişdir. Bundan irəli gələrək, Milli Azərbaycan Tarixi Muzeyi 2010-2015-ci illərdə öz elmi fəaliyyətini aşağıda göstərilən əsas konseptual istiqamətlərdə qurmaq niyyətindədir:
- Azərbaycan xalqının çoxəsrlik tarixi inkişaf mərhələlərinin müstəqillik və müasir inkişaf dövrünün tələblərinə uyğun tədqiq və təbliğ olunması, nümayişi, mühafizəsi;
- davamlı inkişaf strategiyası əsasında dövlət muzey siyasətinin formalaşdırılmasında və həyata keçirilməsində iştirak;
- muzey işində yeni prinsiplərin və texnologiyaların tətbiqi;
- MATM-nin cəmiyyətin tələblərinə uyğun
- müasir, ölkənin əsas muzeyi, informasiya və turist mərkəzi kimi yeni imicinin yaradılması;
- konsepsiyanın həyata keçirilməsi üçün dövlət və ictimai dəstəyin təmin olunması;
- muzeydə yeni ekspozisiyaların və sərgilərin təşkili, cəmiyyətin təlabatına ünvanlanmış yeni layihələrin həyata keçirilməsi və müasir servis infrastrukturunun yaradılması;
- muzey fondlarının mühafizəsi və təhlükəsizliyinin təmin olunması məqsədilə müasir infrastrukturun təşkili;
- muzey kadrlarının peşəkar hazırlığı sisteminin yaradılması;
- dünya muzeyləri ilə əməkdaşlıq mübadiləsinin aparılması, qarşılıqlı sərgilərin, kütləvi-mədəni tədbirlərin təşkili, Azərbaycan xalqının tarixinin və mədəniyyətinin təbliği məqsədilə xarici dillərdə kitab-albom, kataloq və bukletlərin nəşri, elektron vəsaitlərin hazırlanması, beynəlxalq muzey layihələrində iştirak;
- muzeyin təşkilati strukturunun, muzey menecmentinin təkmilləşdirilməsi;
- dövlət əsaslı investisiyaları hesabına muzey eksponatlarının bərpası və konservasiyası işinin, muzey fondlarının yeni materiallarla zənginləşdirilməsi məqsədilə satınalma fəaliyyətinin davam etdirilməsi;
- dövlət büdcəsi və büdcədənkənar imkanlar hesabına formalaşan muzeyin çoxkanallı maliyyələşdirmə sisteminin yaradılması;
- muzeyin fəaliyyətinin normativ-hüquqi bazasının təkmilləşdirilməsi, gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunması,təhsil müəssisələrində Azərbaycan tarixinin tədrisi keyfiyyətinin yüksəldilməsi, muzeyin orta və ali məktəblərlə, gənclər təşkilatları ilə əlaqələrinin genişləndirilməsi;
- tarixə dair biliklərin kütləvi informasiya vasitələri ilə geniş kütlələr içərisində təbliğ olunması;
- Azərbaycanın əzəli torpağı olan Qarabağın maddi və mənəvi mədəniyyətinin dünya ictimayyətinə çatdırılması məqsədilə muzeyin fondlarında qorunan materiallar vasitəsilə təbliğat xarakterli silsilə tədbirlərin keçirilməsi;
- Azərbaycan Respublikasının ərazisində tarixi abidələrin vəziyyətinin müəyyənləşdirilməsi, əhalinin adətlərinin və məişətinin öyrənilməsi və etnoqrafik ekspedisiyaların təşkili;
- xarici muzeylərdə saxlanılan Azərbaycanın tarixi-mədəni abidələrinin keçmişinə və müasir vəziyyətinə dair tədqiqatların aparılması;
- muzey işinə, Azərbaycan tarixinə, mədəniyyətinə dair elmi konfrans, simpozium, seminarların keçirilməsi;
- Azərbaycan tarixinə dair materialların elmi tədqiqi və nəşri;
- Azərbaycan tarixinin müxtəlif dövrlərinin öyrənilməsi məqsədilə Milli Azərbaycan Tarixi Muzeyinin fondlarında mühafizə edilən materialların mənbə kimi öyrənilməsi və nəşri;
- məktəblilər və tələbələr üçün dərs proqramına uyğun tarix dərslərinin keçirilməsi;
- muzey eksponatları ilə tanışlıq məqsədilə buklet, açıqca, suvenir, elektron daşıyıcıların hazırlanması;
- muzey fondlarında qorunan eksponatların elektron pasportlaşdırılması, fondlarda inventarlaşdırılması işinin davam etdirilməsi;
- muzeyin intellektual resurslarından səmərəli istifadə olunması məqsədilə əməyin ödənilməsi sisteminin optimallaşdırılmasına və yaradıcı fəallığın stimullaşdırılmasına nail olunması;
- Azərbaycanın məşhur sahibkarı və xeyriyyəçisi Hacı Zeynalabdin Tağıyevin həyatının və fəaliyyətinin tədqiq olunması, ona dair elmi-populyar kitabların, albomların, kataloqların nəşri;
- respublikada mövcud olan tarix və tarix-diyarşünaslıq muzeylərinə elmi-metodiki yardımın göstərilməsi.