az
en
Bu gün: 22 Oktyabr 2017
Vitrin 29
Küp qəbirin yanında qoyulmuş heykəlçiklər Xınıslıdan - qədim Şamaxıdan tapılmışdır.Yaxşı bişirilmiş qırmızı gildən düzəldilmiş bu heykəlciklərin əyinlərindəki paltar, boyunlarındakı muncuq və boyunbağı, saç düzümləri aydın görünür. E.ə. I minilliyin sonu, b.e. ilk əsrlərinə aid olan bu heykəlciklərin bəzi tədqiqatçılar məhsuldarlıq ilahəsi olduğunu ehtimal edir, onları Qobustandakı qadın təsvirləri ilə müqayisələndirirlər. Bəziləri isə onları erkən dini inanclarla əlaqələndirir, ev allahı adlandırırlar. Bu allahlar evdəkilərə kömək olmadıqda, dini təsəvvürə görə, onların başlarını sındırırdılar. Alimlər bəzi heykəlciklərin başsız tapılmasını bu adətlə izah edirlər.

 
   
Elanlar