az
en
Bu gün: 16 Avqust 2017
Vitrin 34
Azərbaycana skif-sarmat tayfalarının gətirdiyi taxta qutu qəbir tipi yalnız Mingəçevirdən aşkar olunmuşdur (vitrin №34). Taxta qutu qəbirlər eramızın I-IV əsrlərinə aid edilir. Bu qəbirlərdə ölülər bir qayda olaraq qoşa dəfn edilir, üz-üzə, bükülü vəziyyətdə, başları cənub-şərq istiqamətində qoyulurdu. Qəbirə gil qablarla yanaşı, silahlar, gümüş piyalələr, bəzək əşyaları da qoyulurdu. Bu tip qəbirlər zadəgan zümrəsinə mənsub olmuşdur.

 
   
Elanlar