az
en
Bu gün: 20 Oktyabr 2017
Vitrin 37
37№-li podiumda, alimlərin fikrincə, alban hökmdarı Cavanşirə (642-681) məxsus tunc heykəlin mulyaji qoyulmuşdur. Albaniyada Mihranilər sülaləsinin ən qüdrətli hökmdarı olan Cavanşirin dövründə ölkədə elm və mədəniyyət inkişaf etmiş, iqtisadi irəlləyiş olmuşdur. At üstündə, zəngin paltarda, başında albanların etiqad etdikləri Selena-Ay təsvirli tacla təsvir olunan, XX əsrin ilk illərində Naxçıvanda tapılan bu heykəlin əsli Sankt-Peterburqdakı Ermitaj muzeyində saxlanılır.  
   
Elanlar