Vitrin 47
Ekspozisiyada əsas yer tutan daş kitabələrdən biri Şəmkir qülləsinin kufi xətti ilə ərəb dilində yazılmış kitabəsidir (№47). XI əsrdə Şəmkir şəhərində ucaldılmış, qalıqları XIX əsrədək qalmış gözətçi bürcünün üzərində kufi xətti ilə ərəb dilində onun Afşinin oğlu Şeyx əs-Salehin hesabına 493-cü (miladi 1099/1100) ildə tikildiyi yazılmışdır. |
![]() |