az
en
Bu gün: 20 Oktyabr 2017
Vitrin 48
IX-XIII əsrlərdə Azərbaycanda sənətkarlığın inkişafı orta əsr şəhərlərindən (Beyləqan, Naxçıvan) aşkar olunmuş antropomorf gil şamdan, şir başlı divar bəzəyi ilə yanaşı, son dərəcə orijinal şahin quşu fiquru, sümük, tunc və dəmirdən bəzək əşyaları və s. vasitəsilə nümayiş etdirilir. 48№-li  vitrində makrofotosu verilmiş kufi yazılı kərgədan başlı tunc fiqur Şamaxıda tapılmışdır. Bu dövrdə dulusçuluğun inkişafı dulusçu sobasının milləri, istehsal çıxarı, gil damğalardan görünür. Dəmir əmək alətləri və tikinti materialları, gündəlik məişətdə istifadə olunan gil və tunc yağ çıraqları da bu qəbildəndir.

   
Elanlar