az
en
Bu gün: 20 Oktyabr 2017
Vitrin 56
Tablonun altında nümayiş etdirilən Bakı qalasının XII əsrə aid daş kitabəsinin (№56) üzərində kufi xətti ilə ərəb dilində «Şəhər qalasının bina edilməsinə əmr etdi: əzəmətli məlik, alim, adil, müzəffər, mənsur, mücahid, dinin və dövlətin fəxri, islam və müsəlmanların istinadgahı, ən böyük Xaqan, böyük Şirvanşah Əbulhica Mənuçöhr bin » sözləri yazılmışdır. Kitabənin yanlarına qoyulmuş və «Səbayıl daşları» adı ilə məşhur olan iki ədəd daşın üzərində şirvanşahların adı olan yazı qalıqları ilə yanaşı birində  tac qoyulmuş insan başının, o birində isə buynuzlu öküz başının təsvirləri vardır. Daşların “Bayıl qalası” adlandırılan və XIV əsrdə Xəzər dənizinin səviyyəsinin artması ilə əlaqədar suya qərq olan tikiliyə məxsus olduğu ehtimal edilir. Sualtı arxeoloji tədqiqatlar zamanı dənizin dibindən 750-yə qədər yazılı və təsvirli daş çıxarılmışdır. Daşların üzərindəki yazıya görə abidənin 1234-cü ildə şirvanlı usta Zeynalabdin Əbu Rəşid oğlu tərəfindən inşa edildiyi bildirilir.

 
   
Elanlar