az
en
Bu gün: 14 Dekabr 2017
Vitrin 57
57№li vitrin Azərbaycanda IX-XIII əsrlərdə elm və mədəniyyətin inkişafına həsr olunmuşdur. Mütəxəssislər bu əsrləri intibah dövrü adlandırırlar. Burada qoyulmuş rəhillərdə orta əsr əlyazmaları ilə yanaşı əz-Zəhravinin əsli Bakıdakı Əlyazmalar İnstitutunda saxlanılan «Cərrahiyyə» əsərinin, eləcə də Azərbaycan xalqının qəhrəmanlıq dastanı «Kitabi Dədəm Qorqud»un XV əsr Drezden əlyazmasının titul səhifələrini görürsünüz. Vitrində orta əsr katibinin işlətdiyi  Beyləqandan tapılmış kağızkəsən sümük bıçaq və üzərində göy cizimləri və balıq təsviri olan astroloqların işlətdiyi astronomik cihazın bir hissəsi, eləcə də əczaçılıqda istifadə olunan şüşə və mis dərman qabları nümayiş olunur. Divardakı makrofotoda əsli Əlyazmalar İnstitutunda saxlanılan IX əsr «Quran»ın bir vərəqinin surəti asılmışdır.

 

   
Elanlar