az
en
Bu gün: 22 Oktyabr 2017
Vitrin 59
«İpək yolu»na həsr olunmuş 59№-li vitrində orta əsrlərdə azərbaycanlıların məişətində işlədilən, Beyləqandan, Gəncədən, Bakıdan (Nardarandan) tapılan zər-fayans qablar nümayiş olunur. Mütəxəssislər idxalat məhsulu olan bu qabların Rey və Kaşanda istehsal olunduğunu göstərirlər. Bakı yaxınlığında (Bilgəhdə) sualtı arxeoloji tədqiqatlar zamanı əldə edilmiş seladon nimçə (№3) isə Çindən gətirilmişdir. Çinlə ticarət əlaqələri Qəbələdə tapılmış qablardan birinin alt oturacağında Min sülaləsindən  (XIV-XV) imperator Suandenin adı qalmış yazı ilə də təsdiq olunur.

 
   
Elanlar