az
en
Bu gün: 16 Avqust 2017
Vitrin 60
Zalın digər 60№-li vitrinində qoyulmuş gümüş və qızıl saplarla nəfis toxunmuş, göz oxşayan parçalar Naxçıvanda (Xaraba Gilanda) arxeoloji qazıntılar zamanı orta əsr sərdabəsindən tapılmışdır. Həmin abidədən tapılan mis sikkələr parçaların Hülakülər dövrünə - XIII əsrə aid olduğunu bildirməklə yanaşı əvvəlki əsrlərdə olduğu kimi bu dövrdə də ipəkçiliyin bölgədə də geniş inkişaf etdiyini, xarici və daxili ticarətdə mühüm yer tutduğunu təsdiq edir. Aşağı podiumlarda olan əlvan naxışlı qaramtıl Xorasan daşından hazırlanmış qablar və dəvə karvanlarında geniş istifadə olunan zınqırovlar, dəvə və qatır fiqurları Böyük İpək yolu ilə əlaqəlidir.

 

   
Elanlar